0
Tuesday 11 December 2018 - 11:45

Xaşoqci radikal sələfilik, Ali-Səud diktaturası ilə vuruşurdu

Story Code : 766056
Xaşoqci radikal sələfilik, Ali-Səud diktaturası ilə vuruşurdu
Qətlə yetirilmiş jurnalist Camal Xaşoqci (Qaşıqçı) 2004-cü ildə Ərəbistanda Arab News qəzetinin baş redakoru təyin edildi. Daha sonra Əl-Vətən qəzetinin baş redaktoru oldu. Qəzet şahzadə Bəndər bin Xalid Əl-Feysəlin nəzarət etdiyi böyük Useyr nəşriyyatının idi. Xaşoqçi  dini istibdadı, radikal sələfiliyi tənqid etməyə başladı və qısa vaxtda məşhurlaşdı. Artıq ölkədə Əl-Vətənin liberal dəyərləri təbliğ etməsi, qərbə meylli olması barədə şayiələr yayılırdı. Radikal din xadimləri Əl-Vətəni düşmən, Xaşoqcini kafir elan etdilər. Bu arada Ərəbistanın o zamankı daxili işlər naziri şahzadə Naif bin Əbdüləziz Əl-Vətən üzərinə açıq hücuma keçdi. Nəhayət, hakimiyyətdə nüfuzu olan sələfi din xadimləri Xaşoqcini işdən kənarlaşdıra bildi. Xaşoqci o zaman İngiltərədə səfir olan şahzadə Türki Əl-Feysəlin mətbuat katibi kimi Londona yola düşdü.  2015-ci ildə ABŞ-da yaşayan milyarder şahzadə Vəlid bin Təlal Əl-Ərəb telekanalını açdı və Xaşoqci kanalın rəisi təyin olundu. Kanalın mərkəzi ofisi Bəhreyndə yerləşirdi. Xaşoqci öz şəbəkəsində Bəhreyn müxaliflərinə tribuna verdiyi üçün şəbəkə Bəhreyn hökuməti tərəfindən qapadıldı. Əslində şəbəkənin bağlanması arxasında Riyaz dayanırdı.
Xaşoqci Ərəbistana qayıtdı və Bin Salmanın 2030 layihəsi  barədə Əl-Həyat qəzetində 13 məqalə yazdı. O, Salman bin Əbdüləzizin təcrübəsiz və ləyaqətsiz oğlunu hakimiyyətə gətirmək fikrində olduğunu görürdü. Müxalif dostlarının təqibi Xaşoqciyə bir siqnal idi. O, 2017-ci ilin may ayında Ərəbistanı tərk edib Amerikaya üz tutdu, Washington Post üçün yazmağa başladı. Bu arada Bin Salman vəliəhd Naifə narkoman damğası vuraraq onu istefaya məcbur etdi və real hakimiyyət sükanını öz əlinə aldı. Bu, Xaşoqciyə dərd oldu. Onun dostları artıq həbsdə idi. Özü bu barədə yazmışdı: Neçə illərdi ki, dostlarımın həbsdə olması mənə əzab verirdi. İşimi itirmək istəmirdim, ailəmə görə narahat idim. Amma nəhayət, qəti qərara gəldim. Evimdən, ailəmdən, işimdən keçib, səsimi azad etdim. Əgər bu addımı atmasaydım, həbsdəkilərə xəyanət etmiş olacaqdım. Onların səsi boğulmuşdu, mən ki danışa bilərdim!
 
Source : IslamTimes