QR CodeQR Code

YPG Dəməşqdən kömək istəyir

IslamTimes , 15 Dec 2018 19:56

İslamTimes: Türkiyə qüvvələri Suriyanın şimalında əməliyyata hazırlaşır


Suriya Kürd Demokratik Qüvvələrinin bir qolu olan YPG – Xalq Özünümüdafiə Dəstələri Türkiyənin planlaşdırdığı əməliyyatlara qarşı rəsmi Dəməşqdən kömək istəyib.  Hazırda Türkiyə ordu birləşmələri və Ankaranın nəzarəti altında olan silahlı suriyalılar ölkənin şimalında kürdlərə qarşı əməliyyat keçirməyə hazırlaşır. Kürd hərbi birləşmələrinin sözçüsü bildirib ki, Türkiyə şimalda kürdlərin bütün nailiyyətlərini al-üst etmək istəyir. YPG Türkiyənin bu əməliyyatını Suriya torpaqlarının işğalı kimi qələmə verməyə çalışır. YPG-nin bağlı olduğu Suriya Kürd Demokratik Qüvvələrini ABŞ himayə edir.
 


Story Code: 766868

News Link :
https://www.islamtimes.org/az/news/766868/ypg-dəməşqdən-kömək-istəyir

Islam Times
  https://www.islamtimes.org