0
Saturday 15 December 2018 - 19:56

YPG Dəməşqdən kömək istəyir

Story Code : 766868
YPG Dəməşqdən kömək istəyir
Suriya Kürd Demokratik Qüvvələrinin bir qolu olan YPG – Xalq Özünümüdafiə Dəstələri Türkiyənin planlaşdırdığı əməliyyatlara qarşı rəsmi Dəməşqdən kömək istəyib.  Hazırda Türkiyə ordu birləşmələri və Ankaranın nəzarəti altında olan silahlı suriyalılar ölkənin şimalında kürdlərə qarşı əməliyyat keçirməyə hazırlaşır. Kürd hərbi birləşmələrinin sözçüsü bildirib ki, Türkiyə şimalda kürdlərin bütün nailiyyətlərini al-üst etmək istəyir. YPG Türkiyənin bu əməliyyatını Suriya torpaqlarının işğalı kimi qələmə verməyə çalışır. YPG-nin bağlı olduğu Suriya Kürd Demokratik Qüvvələrini ABŞ himayə edir.
 
Source : IslamTimes
Tagged
ypg