0
Sunday 16 December 2018 - 09:06

Qarabağ Komitəsinin mitinqinə icazə verilməyib

Story Code : 766938
Qarabağ Komitəsinin mitinqinə  icazə verilməyib
Dekabrın 10-da Qarabağ Komitəsinin bu ayın 15-nə planlaşdırdıqları mitinqə Bakı Şəhər İcra Hakimiyyəti icazə vermədi.
Mitinqin "Qarabağa azadlıq!”, "İşğala son!” şüarları ilə keçirilməsi qərara alınmışdı. Mitinqə hazırlıq işlərinə hələ bir neçə gün öncədən başlanılmışdı. Belə ki, Qarabağ Komitəsinin İşçi qrupunun üzvü, AXP sədri Pənah Hüseyn sosial şəbəkə vasitəsilə 15 dekabr mitinqi ilə bağlı çağırış edib bildirmişdi ki, Qarabağ Komitəsi 10 min adamın iştirakı ilə mitinq keçirmək barədə qərar verib və mitinqə hazırlıq başlanıb. Lakin rəsmi icazə verilmədi.
Məlumat üçün onu da qeyd edək ki, Qarabağ Komitəsi ilk Qarabağ mitinqini sentyabrın 29-da Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə "Məhsul” stadionunda keçirib. İkinci mitinqini isə 24 noyabra eyni ünvana təyin etmişdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsini məqsədəuyğun hesab etmədi. Qarabağ Komitəsi qarşıdurma yaranmasını istəmədiyini əsas göstərərək razılaşdırılmamış mitinqə getmədi və yenidən mitinq keçirməklə bağlı icazə müraciəti etdi.
 
Source : IslamTimes
Tagged
qarabağ