0
Tuesday 18 December 2018 - 17:33

Şəhid ailələri müavinətlərini ala bilmir

Story Code : 767408
Şəhid ailələri müavinətlərini ala bilmir
Şəhid ailələrindən olan Sevinc Quluzadəni Sabunçu Rayon Polis İdarəsinə çağırıblar.

Sevinc Quluzadə bildirib ki, ona dekabrın 18-də zəng ediblər:

"Təcili Sabunçu rayon Polis İdarəsinə dəvət etdilər. İdarədə məni rəis müavini qəbul etdi. Soruşdum ki, mən qanpulu ilə bağlı məhkəməyə müraciət etmişəm, siz məni niyə ikinci dəfədir bura çağırırsınız? O dedi ki, siz cinayət etməmisiniz, sadəcə söhbətə çağırmışıq. Mənə dedi, sizdən istifadə edirlər. Vəkillərinizlə görüşün, problemi onların vasitəsi ilə həll etməyə çalışın."

Prezident İlham Əliyev dekabrın 17-də Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində şəhid ailələrinə 11 min manat pulun verilməsi fərmanı barədə danışıb.

Dövlət başçısı deyib ki, təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir.

"Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır."

İlham Əliyev xatırladıb ki, aprel ayında növbədənkənar prezident seçkilərindən sonra imzaladığı birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olub.

"Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlamışdır."

Prezident İlham Əliyev aprelin 19-da "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb.

Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin (11 min manat) verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi hazırlansa da, indiyə qədər bir çox şəhid ailəsi müavinətlərini ala bilmədiklərini deyirlər.
Source : IslamTimes
Tagged
azərbaycan