0
Saturday 4 June 2011 - 13:42

İsrail İranı hədələdi

Story Code : 76756
İsrail  İranı hədələdi
İsrail İranı hədələdi
Islam times.org/az/ - Televiziyanın canlı verilişində Türkiyənin səfirini görüş otağına dəvət edərək alçaq kresloda oturdub masadan Türk bayrağını götürdən və canlı verilişdə ibranicə ağzına gələni danışıb Türk səfiri və onun timsalında Türkiyə və Türk millətini alçaldan sionist İsrailin baş nazir müavini Yaalon, İran İslam İnqilabına qarşı olan iranlı münafiqləri dəstəkləmək üçün dünya sionizmindən kömək istədi.


Sionist İsrail baş nazir müavini və Strateji Məsələlərlə əlaqədar Dövlət Naziri "Moşe Yaalon" Moskvada mətbuat konfransında çıxış edərkən, Tel Əviv rəsmilərinin İrana qarşı beynəlxalq təzyiqlərin sanksiyalar vasitəsilə artırılması və hökumətin əleyhinə olan iranlıların mənəvi olaraq dəstəklənilmələrini istədiklərini dilə gətirib.

Rusiyanın "Novosti" xəbər agentliyinin bildirdiyinə görə, "Yaalon" bu barədə ən düzgün olan yolun İranı siyasi təziqə məhkum etmək, sanksiyalar vasitəsilə bu ölkəyə təzyiqləri sıxlaşdırmaq və hökumət müxalifi iranlıların mənəvi olaraq dəstəkləmək olduğunun vurğulayaraq "Biz açıq-aşkar elan edirik: İrana qarşı hərbi hücum ən son variant ola bilər. Lakin başqa variantlar bu mövzuda təsirli olmadığı təqdirdə dünyada hərbi müdaxiləni qəbul edənlər var" iddiasını etdi.

Netanyahunun köməkçisi Yaalon Moskva səfərindən əvvəl verdiyi müsahibədə, İranı nüvə proqramından imtina etdirmək üçün bu ölkəyə qarşı bütün vasitələrdən istifadə edəcəklərini demişdi.
Translator :
Source : islamtimes
Comment