0
Saturday 4 June 2011 - 18:46

NATO-nun ilk vertolyot hücumu

Story Code : 76806
NATO-nun ilk vertolyot hücumu
NATO-nun ilk vertolyot hücumu
NATO qüvvələri Liviyada hərbi əməliyyatlara başladığı gündən ilk dəfə vertolyotlardan istifadə edib. Bu barədə “Reuters” xəbər verir. Hərbi vertolyotların Müəmmər Qəddafiyə məxsus hərbi texnikanı və hərbi qüvvələri hədəfə aldığı bildirilir. “SkyNews” bildirir ki, hərbi əməliyyatlarda Britaniya Hərbi Hava Qüvvələrinə məxsus “Apache” vertolyotlarından istifadə olunub. Bu vertolyotlar “Oushen” avia daşıyıcısından havaya qalxıb.
NATO iddia edir ki, hərbi əməliyyatlarda vertolyotlardan istifadə çətin hədəfə alınan nöqtələrin vurulması üçündür. Son dövrədək Liviyadakı əməliyyatlarda təyyarələr və “Tomaqavk” raketlərindən istifadə olunurdu. Analitiklər hesab edir ki, vertolyotlardan istifadə beynəlxalq qüvvələrin itkilərini artıracaq.
Comment