QR CodeQR Code

Dünyada antidollar qütb yaranıb

IslamTimes , 3 Jan 2019 10:21

İslamTimes: Dünya ölkələri dollara arxa çevirir


RT xəbər verir ki, ötən 2018-ci ildə yaşanan geosiyasi durum dünyanı iki qütbə ayırdı: dollardan beynəlxalq valyuta kimi istifadəyə davam edənlər və dollara arxa çevirənlər. Vaşinqtonun iqtisadi sanksiyaları və iqtisadi müharibələri bir sıra ölkələri məcbur etdi ki, dollara alternativ axtarsınlar.  Antidollar qütbünü hazırda Rusiya,Çin, Hind, İran və Türkiyə formalaşdırır. ABŞ-ın Çinə qarşı başladığı iqtisadi müharibə, Rusiya və İrana qarşı sanksiyaları bu ölkələri antidollar siyasət yürütməyə sövq etdi. Dünyanın 6-cı iqtisadi nəhəngi olan Hindistan onun itisadi şəriklərinə qarşı sanksiyalardan dolayı dollara alternativ yollar dalınca getdi.  2016-cı ildə Türkiyədə çevriliş cəhdində Ankara Vaşinqtonu iştirakçı saydı və dolların hakimiyyətinə son qoymaq qərarına gəldi.
 


Story Code: 769953

News Link :
https://www.islamtimes.org/az/news/769953/dünyada-antidollar-qütb-yaranıb

Islam Times
  https://www.islamtimes.org