QR CodeQR Code

ABŞ-da işsizliyin səviyyəsi 9,1 faizədək artıb

XezerXeber , 6 Jun 2011 04:55

IslamTimes - ABŞ Əmək Nazirliyinin açıqladığı məlumatlara görə, may ayında ABŞ-ın əmək bazarı həm ekspertləri, həm də bazar iştirakçılarını məyus edib.


Ötən ayın yekunlarına görə, işsizliyin səviyyəsi artıb, halbuki həmin göstəricinin azalması gözlənilirdi. Yeni iş yerlərinin sayı isə əksinə, gözlənildiyindən az olub. May ayında ABŞ-da işsizliyin səviyyəsi 0,1 faiz artaraq 9,1 faiz təşkil edib.
Ölkənin qeyri-kənd təsərrüfatı sahələrində yeni iş yerlərinin sayı cəmi 55 min artmışdır ki, bu da 2010-cu ilin sentyabrından sonra minimum göstəricidir.
ABŞ-ın əmək bazarının bugünkü statistikası növbəti dəfə dünyanın ən iri iqtisadiyyatının zəif olduğunu göstərmişdir. Hələ ilin əvvəlində artım sürəti yavaşımağa başlayıb və bu tənəzzülün nə qədər dərin və uzunmüddətli olacağı hələlik məlum deyil.


Story Code: 77034

News Link :
https://www.islamtimes.org/az/news/77034/abş-da-işsizliyin-səviyyəsi-9-1-faizədək-artıb

Islam Times
  https://www.islamtimes.org