QR CodeQR Code

Qətər 4 ölkənin ona qarşı mühasirəsini yardı

IslamTimes , 5 Jan 2019 22:23

İslamTimes: Qətər Ticarət Palatasının rəisi ölkəsinə qarşı sanksiyalardan danışdı


Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Əmirliklər və Bəhreynin Qətərə qarşı sanksiyaları və mühasirəsi rəsmən davam edir. Amma bu 4 ölkənin hər biri böhran keçirir və hanısısa ölkəyə şərtlər diktə etmək gücündə deyil. Qətər Ticarət Palatasının rəisi Xəlifə Ali Sani deyib: 4 ölkənin bizə qarşı mühasirəsini darmadağın etdik.  2022-ci il dünya futbol çempionatından sonra böyük layihələrin icrasına başlayacağıq. İnfrastrukturlar, nəqliyyat qovşaqları, xəstəxana və məktəb tikintiləri sahəsində 150-dən çox layihə var. Qətərə qarşı dayananlar məğlub oldu. Qətər  Həməd limanını işə salıb Oman, Küveyt, Çin və digər ölkələrə çıxış əldə etdi.
 


Story Code: 770458

News Link :
https://www.islamtimes.org/az/news/770458/qətər-4-ölkənin-ona-qarşı-mühasirəsini-yardı

Islam Times
  https://www.islamtimes.org