QR CodeQR Code

Türkiyə ABŞ-a yenə yox dedi!

IslamTimes , 6 Jan 2019 10:52

İslamTimes: Amerikanın Rusiya-Türkiyə münasibətlərini pozmaq cəhdi davam edir


ABŞ növbəti dəfə Türkiyəyə təklif edib ki, Rusiyadan S-400 kompleksləri əvəzinə Amerikadan Patriot qurğuları alsın. Amma Ankara həm S-400-dən imtina etmək, həm ABŞ-dan Patriot almaq təkliflərini rədd edib. Yeni Şəfəq qəzeti yazır ki, Amerikalı heyətin Ankaraya son səfərində bu mövzuda müzakirə aparılıb. Türkiyə hələ ötən il iyul ayında ABŞ-ın bu təklifini rədd etmişdi və vəd vermişdi ki, S-400 kompleksləri NATO-ya qarşı işlənməyəcək. ABŞ S-400 dən imtina etməyəcəyi təqdirdə Türkiyəyə qarşı sanksiya tətbiq olunacağını da yada salıb.
 


Story Code: 770530

News Link :
https://www.islamtimes.org/az/news/770530/türkiyə-abş-a-yenə-yox-dedi

Islam Times
  https://www.islamtimes.org