0
Sunday 13 January 2019 - 10:39

İşğalçı ABŞ: İran Suriyadan çıxsa, Suriyaya kömək edərik!!

Story Code : 771808
İşğalçı ABŞ: İran Suriyadan çıxsa, Suriyaya kömək edərik!!
ABŞ XİN-nin Suriya üzrə xüsusi nümayəndəsi Brian Hook ölkəsinin Suriyada yenidənqurma işlərinə yardımını İranın bu ölkədən tam çıxması ilə şərtləndirib.  Donald Trampın anti-İran siyasətlərinin davamında belə bir bəyanat təəccüb doğurmur.
Brian Hook deyib: Düşünürük ki, regionda bütün ölkələrlə həmkarlığa nail olsaq İran və İrana bağlı qüvvələrdən yaxa qurtara bilərik. Yol vermərik ki, İran Suriyada Livanda gördüyü işləri görsün.
Suriyanı xarabaya çevirmiş bir ölkənin belə bəyanatla çıxış etməsi ziddiyyətlidir. Əvvəl dağıt, sonra qur!! İran Suriyanın qanuni dövlətinin dəvəti ilə bu ölkəyə kömək edir və Suriya xalqında İrana qarşı minnətdarlıq hissinin kökləri dərindir.
 
Source : IslamTimes
Tagged
Suriya