QR CodeQR Code

Türkiyə Trampın təhdidlərinə cavab verdi

IslamTimes , 14 Jan 2019 14:37

İslamTimes: Tramp həddini aşır!


Tramp son politşousunda Türkiyəni hədələmişdi ki, əgər Ankara Suriya kürdlərinə qarşı əməliyyat keçirərsə, Türkiyənin iqtisadiyyatını məhv edərik! Trampın Twitter-də bu sərsəm bəyanatından çox keçməmiş Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ona cavab verib: Trampın son tviti daxili məsrəf üçündür. Hər kəs öz həddini bilməlidir!
Çavuşoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə hədə-qorxudan çəkinən deyil, tvitlərdən qorxmuruq. Suriya böhranı başlayandan prezident Ərdoğan deyib ki, Suriyada  söz sahibi təkcə ABŞ deyil. Kürd məsələni 5 fevralda ABŞ-la müzakirə edəcəyik.
 


Story Code: 772014

News Link :
https://www.islamtimes.org/az/news/772014/türkiyə-trampın-təhdidlərinə-cavab-verdi

Islam Times
  https://www.islamtimes.org