0
Monday 14 January 2019 - 19:10

Ərəb Dövlətləri Liqasında Musa Sədr etirazı

Story Code : 772052
Ərəb Dövlətləri Liqasında Musa Sədr etirazı
Bu həftə Livanın paytaxtı Beyrutda Ərəb Dölətləri Liqasının iqtisadi forumu keçirilməlidir. Bir zama İmam Musa Sədrin Livanda oğurlanması və bunun ardınca Livanın forumda qatılmaqdan imtina etməsi liqanın işini əngəlləyir. Liviyanın xarici işlər naziri Məhəmməd Siyalə ölkəsinin Livanda tədbirə qatımayacağını bildirib. Nazir  Beyrutda Sədr tərəfdarlarının Liviya bayrağını yandırmasına etiraz olaraq belə bəyanat verib. Liviyaya etiraz aksiyası arxasında parlament sədri Nəbih Berrinin rəhbərlik etdiyi Əməl hərəkatı dayanır.
Yada salaq ki,  Musa Sədr 1978-ci ildə Liviya dövləti tərəfindən rəsmi dəvətlə həmin ölkəyə səfərə çıxmış, iki köməkçisi – Şeyx Məhəmməd Yaqub və Abbas Bədrəddinlə birikdə müəmmalı şəkildə yoxa çıxmışdır.
 
Source : IslamTimes
Tagged
musa sədr