0
Tuesday 15 January 2019 - 08:31

Bəhreynli fəallar Londonda Ali Səud və Ali Xəlifə rejimlərinin cinayətlərini göstərdi

Story Code : 772117
Bəhreynli fəallar Londonda Ali Səud və Ali Xəlifə rejimlərinin cinayətlərini göstərdi
Deyerler.org Bahrainalyoum-a istinadən xəbər verir ki, bəhreynli fəal Əli Muşaymə Ali Xəlifə rejimi tərəfindən 2 il əvvəl şəhid edillən fəalların ailələrilə həmrəy olduqlarını bildirmək və Səudiyyə rejiminin törətdiyi cinayətləri göstərmək üçün bu aksiyanı keçirdiklərini bildirib.
 
Keçirilən aksiyada Ali Səud rejimi tərəfindən şəhid edilən Ayətullah Nimr Baqir Ən-Nimr başda olmaqla, Ali Xəlifə rejimi tərəfindən həbsxanalara salınan inqilab məhbuslarının liderləri və 2017-ci ilin fevral ayında edam edilən bəhreynli üç fəal ilə yanaşı, ölümə məhkum edilmiş fəalların, insan haqları fəalları, siyasi və vicdan məhbuslarının şəkilləri ilə şüarlar lazer işıqlarla səfirliyin binasına əks olunub.
 
Source : Deyerler
Tagged
bəhreyn
Comment