0
Saturday 19 January 2019 - 01:28

İsrail əsgərləri fələstinli ailənin evini partlatdı

Story Code : 772907
İsrail əsgərləri fələstinli ailənin evini partlatdı
Bu barədə yerli mənbələr məlumat verib. Məlumata görə, İsrail əsgərləri əl-Xəlil şəhərinin Yatta adlı ərazisinə basqın edərək, fələstinli Xəlil Cabbarın (16) ailəsinin yaşadığı 2 mərtəbəli evi partladıb. Evin ətrafında vəziyyətə reaksiya göstərən fələstinlilər ilə İsrail əsgərləri arasında gərginlik yaşanıb.
Əsgərlər hadisəyə güllə, rezin güllə, gözyaşardıcı qazla müdaxilə edib.
Xatırladaq ki, Cabbar 16 sentyabrda bir yəhudini bıçaqla öldürdüyü ittihamıyla həbs olunmuşdu. /eastnews.org/
 
Source : eastnews
Comment