QR CodeQR Code

Özbaşınalıq: PressTV-nin müxbiri şahid qismində həbs olunub!

IslamTimes , 19 Jan 2019 13:53

İslamTimes: Mərziyə Haşimi (Milani Franklin) ittihamsız saxlanılıb


 Press TV-nin müxbiri və aparıcısı Mərziyə Haşimi (Milani Franklin) ABŞ-da ittiham irəli sürülmədən saxlanılıb. Tehrandan ingilis dilində  yayımlanan beynəlxalq xəbər şəbəkəsinin əməkdaşı FBİ-ın istintaq təcridxanasına aparılıb. Onun hicabını çıxaırb, əl və ayaqlarına qandal vurublar...
Xanım Haşimi barədə iki gün heç bir açıqlama verilməyib. Yalnız ötən gün ABŞ federal məhkəməsi bildirib ki, Haşimi şahid qismində saxlanılıb və heç bir cinayətdə ittiham olunmur. Əlavə ediblər ki, onun şahidliyi tam sənədləşdirildikdən sonra azad ediləcək.  Heç bir cinayətdə ittiham edilməyən şəxsi şahid qismində həbs etmək özü bir cinayətdir.  Müxbirin oğlu Hüseyn Haşimi deyib ki, anasının azad ediləcəyinə ümid etməsələr də, məhkəmənin vədinin yerinə yetəcəyini gözləyirlər.
 


Story Code: 772977

News Link :
https://www.islamtimes.org/az/news/772977/özbaşınalıq-presstv-nin-müxbiri-şahid-qismində-həbs-olunub

Islam Times
  https://www.islamtimes.org