0
Sunday 20 January 2019 - 19:36

İsrail BMT-nin qaçqınlar üçün məktəbini bağlayır

Story Code : 773190
İsrail BMT-nin qaçqınlar üçün məktəbini bağlayır
Sionist rejim BMT-nin Qüdsdəki UNRWA məktəblərini bağlamaq qərarına gəlib. BMT bu məktəbləri fələstinli didərginlər üçün açıb. Tel-Əviv yeni dərs ilində bu məktəblərin fəaliyyətinə icazə verilməyəcəyini elan edib. İsrailin Kanal-13 televiziyası xəbər verir ki, Benyamin Netanyahunun ofisində daxili təhlükəsizlik şurasının iclasında belə bir qərar çıxarılıb. Hələ ötən il ABŞ UNRWA-ya yardımını dayandırıb.
 
Source : IslamTimes
Tagged
UNRWA