0
Monday 21 January 2019 - 13:56

Əfqanıstan hökuməti "Taliban" ilə danışıqlar aparmağa hazırdır

Story Code : 773311
Əfqanıstan hökuməti "Taliban" ilə danışıqlar aparmağa hazırdır
Əfqanıstan hökuməti "Taliban" ilə danışıqlar aparmağa hazırdır
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Prezidenti Əşrəf Qəni bildirib.
 
"Taliblərin iki əsas variantı var: birincisi, müxtəlif danışıqlarda Pakistan və ya başqa bir regional ölkə ilə təmsil olunmaq; ikincisi, müstəqil şəkildə çıxış etmək", - Ə.Qəni deyib.
 
Onun sözlərinə görə, Əfqanıstan hökuməti "Taliban"ın Pakistanı vasitəçi kimi görmək istəyəcəyi təqdirdə onlarla danışıqlar aparmağa hazırdır.
 
Eyni zamanda, Prezident taliblərin əfqan xalqının bir hissəsi olmaq istəyəcəyi təqdirdə birbaşa dialoq aparmasının daha yaxşı olacağını söyləyib.
 
Source : Deyerler
Comment