0
Monday 21 January 2019 - 13:58

Rusiya MN: “Suriya İsrail rejiminin raket və bombalarını məhv etdi”

Story Code : 773314
Rusiya MN: “Suriya İsrail rejiminin raket və bombalarını məhv etdi”
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında belə qeyd olunub: “21 yanvar 2019-cu ildə İsrail rejimi Hava Qüvvələri saat 02:11-dən 02:56-ya qədər qərb, cənub-qərb və cənub bölgələrindən Suriyaya 3 hava hücumu həyata keçirib. Suriyanın zenit sistemləri 30-dan artıq qanadlı raketi və idarə olunan bombanı məhv edib”.
 
Bəyanata əsasən, hücumda 4 Suriya əsgəri həyatını itirib, 6 əsgər də yaralanıb. Dəməşq Beynəlxalq Hava Limanı infrastrukturuna da qismən zərər dəyib.
 
İsrail rejiminin ordusunun Twitter-dən verdiyi bəyanatında isə, Suriyadakı İranın Əl-Quds qüvvələrinin hədəfə alındığı bildirilib: “Suriyadakı İranın Əl-Quds qüvvələrinə qarşı hücuma başladıq. Suriya ordusunu İsrail rejiminin qüvvələrinə və ya İsrail (rejimin nəzarəti altında olan) torpaqlarına zərər vurmaq təşəbbüslərindən qaçması barədə xəbərdar edirik”.
 
İsrail rejimi hücuma səbəb kimi də Əl-Qudsun Suriyadan Qolan təpələrini hədəfə almasını iddia edib. İddiaya görə, Əl-Qudsun hücumuna Dəmir Qübbə ilə müdaxilə edilib.
 
İsrail rejiminin raketləri tərəfindən də Suriyada sursat anbarlarının, Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığındakı bir hərbi mövqeyin, İran kəşfiyyat bölgəsinin və İran hərbi təlim düşərgəsinin hədəfə alındığı qeyd olunub.
 
 
Bəyanatda, həmçinin bunlar qeyd olunub: “Hücum vaxtı xəbərdarlıqlarımıza baxmayaraq, onlarla Suriya raketi atıldı. Buna cavab olaraq Suriya Hava Qüvvələrinin bəzi zenit sistemlərini hədəfə aldıq”.
 
Source : Deyerler
Tagged
Suriya israil
Comment