0
Monday 21 January 2019 - 14:25

İranın “Tasnim” Agentliyi 20 yanvar faciəsi haqqında geniş yazı dərc edib

Story Code : 773319
İranın “Tasnim” Agentliyi 20 yanvar faciəsi haqqında geniş yazı dərc edib
“İslaminSesi” - İranın tanınmış xəbər agentliklərindən olan “Tasnim” ötən gün 20 yanvarla bağlı geniş yazı dərc edərək, Azərbaycan xalqının Sovet ordusu qarşısında mübarizə ruhiyyəsini təqdir edib.
 
20 yanvar faciəsinin ildönümü ilə bağlı dərc edilən bu yazıda o zamankı Sovet hakimiyyətinin cinayətləri qarşısında azərbaycanlarının müstəqillik yolunda apardığı mübarizə xüsusilə qeyd edilib.
 
Bildirilib ki, 20 yanvarda xalqın qətliam edilməsi Azərbaycan Respublikasına vurulan yaradır və bu hadisənin qafqazın tarixində misli olmayıb.
 
“Həmin gecə Sovet ordusu azadlığın qarşısını almaq istyəndə elə dəhşətli cinayətə əl atdı ki, Bakının küçə və meydanları qana boyandı. Bu gündə Azərbaycan xalqı zülmün və sitəmin qarşısında durdular və öz qanları ilə öz ölkələrinin tarixində parlaq səhifə açdılar”
 
Qanlı 20 yanvar faciəsi haqda fotoları yayımlayan Tasnim Agentliyi belə əlavə edib:
“Bu gündə baxmayaraq ki çoxlu uşaq, qadın, kişi öldü lakin qalib olan Azərbaycan xalqı idi. Onlar rəşadətlə və dözümlülüklə qalib oldular. Çünki onların azadələri canlarını fəda edərək, həmvətənlərinə azadlıq ərməğan etmişdilər.”
 
Qeyd edək ki, İranın Tasnim Agentliyi İslam İnqilabının Keşikçilər Korpusuna tabe olan media qurumlarından biridir.(SalamNews)
 
Source : Islaminsesi
Comment