QR CodeQR Code

Yaponiya İrandan neft idxalını bərpa edib

Deyerler , 21 Jan 2019 14:32

İslamtimes - Çin, Cənubi Koreya, Hindistan, Türkiyə kimi, Yaponiya da İrandan neft idxalını bərpa edib.


“Report” “İrna”ya istinadən xəbər verir ki, bu barədə İran Mərkəz Bankının rəhbəri Əbdülnasir Hemməti bildirib.
 
O deyib: “Karbohidrogen satışından yeni gəlirlər tədricən ölkə iqtisadiyyatına daxil olacaq”.
 
Bank rəhbəri eyni zamanda ixracatşı şirkətlərlə imzaladıqları sazişlər nəticəsində ölkənin qeyri-neft ixracatının da artacağını söyləyib.
 
Xatırladaq ki, 2018-ci il noyabrın 5-də ABŞ-ın İran neft sektoruna sanksiyaları qüvvəyə minib. ABŞ Maliyyə Nazirliyinə görə, İranın cəmi 700-dən çox fiziki və hüquqi şəxsinə, o cümlədən gəmi və təyyarələrinə qarşı tətbiq edilən sanksiyalardan Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan (Chinese Taipei), Türkiyə, Yunanıstan, İtaliya möhlət alıb
 


Story Code: 773320

News Link :
https://www.islamtimes.org/az/news/773320/yaponiya-irandan-neft-idxalını-bərpa-edib

Islam Times
  https://www.islamtimes.org