QR CodeQR Code

RT-nin baş direktoru: “İranlı jurnalistin həbsi, Amerikanın acizliyidir”

Deyerler , 23 Jan 2019 11:17

İslamtimes - Russia Today telekanalının baş direktoru Dimirtiy Kisiliyov, Amerikanın İranın PressTV kanalının müxbirini həbs etməsinin həmin ölkənin acizliyinin göstəricisi olduğunu bildirib.


Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Kisilyov açıqlamasında, Amerikanın müstəqil ölkələr qarşısında nə edəcəyini bilmədiyini və buna görə normal xalqdan qisas almağa çalışdığını deyib.
 
“Amerika bütün dünyada girovlar götürür, çünki bu vəziyyətlə digər ölkələrin siyasətinə təsir göstərmək istəyir. Təəssüf ki, bu dəfə xanım Mərziyyə Haşimi bu siyasətdən nəsibini aldı”, - deyə o, bildirib.
 
Xanım Haşiminin günahsız olduğunu bildirən Kisilyov, onun yeganə günahının xəstə qardaşını ziyarət etməsi olduğunu bildirib. O, Amerikanın xanım Haşimini iranlı, müsəlman və İranda işlədiyi üçün həbs etdiyini və bütün azad medianın bunun qarşısında mövqe nümayiş etdirməli olduğunu söyləyib.
 


Story Code: 773697

News Link :
https://www.islamtimes.org/az/news/773697/rt-nin-baş-direktoru-iranlı-jurnalistin-həbsi-amerikanın-acizliyidir

Islam Times
  https://www.islamtimes.org