0
Wednesday 23 January 2019 - 11:17

RT-nin baş direktoru: “İranlı jurnalistin həbsi, Amerikanın acizliyidir”

Story Code : 773697
RT-nin baş direktoru: “İranlı jurnalistin həbsi, Amerikanın acizliyidir”
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Kisilyov açıqlamasında, Amerikanın müstəqil ölkələr qarşısında nə edəcəyini bilmədiyini və buna görə normal xalqdan qisas almağa çalışdığını deyib.
 
“Amerika bütün dünyada girovlar götürür, çünki bu vəziyyətlə digər ölkələrin siyasətinə təsir göstərmək istəyir. Təəssüf ki, bu dəfə xanım Mərziyyə Haşimi bu siyasətdən nəsibini aldı”, - deyə o, bildirib.
 
Xanım Haşiminin günahsız olduğunu bildirən Kisilyov, onun yeganə günahının xəstə qardaşını ziyarət etməsi olduğunu bildirib. O, Amerikanın xanım Haşimini iranlı, müsəlman və İranda işlədiyi üçün həbs etdiyini və bütün azad medianın bunun qarşısında mövqe nümayiş etdirməli olduğunu söyləyib.
 
Source : Deyerler
Comment