0
Thursday 24 January 2019 - 14:35

Əfqanıstanda 3 ABŞ əsgəri öldürüldü

Story Code : 773996
Əfqanıstanda 3 ABŞ əsgəri öldürüldü
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Talibanın sözçülərindən Qari Yusif Əhmədi bəyanat verərək, Talibanın Əfqanıstanın Oruzqan vilayətinin Tarinkot şəhərində yerləşdirdiyi bombanın partlaması nəticəsində 3 ABŞ əsgərinin öldürüldüyünü qeyd edib.
 
Amerikanın Əfqanıstandakı hərbi qüvvələrinin komandanlığından verilən açıqlamada, sözügedən partlayış təsdiq olunub və partlayışda 1 ABŞ əsgərinin öldürüldüyü bildirilib.
 
NATO da yanvarın 22-si bir ABŞ əsgərinin Əfqanıstanda öldürüldüyünü açıqlayıb.
 
Source : Deyerler
Comment