0
Thursday 24 January 2019 - 15:10

Venesuela ABŞ-a 72 saat vaxt verdi: Ağ Ev “YOX” dedi - SƏBƏB

Story Code : 774007
Venesuela ABŞ-a 72 saat vaxt verdi: Ağ Ev “YOX” dedi - SƏBƏB
İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ölkəsi ABŞ-la olan diplomatik əlaqələrə xitam verir.
Mən ABŞ-ın diplomatik korpusuna Venesuelanı tərk etmək üçün 72 saat vaxt verirəm”, - deyə Maduro bildirib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo isə bəyan edib ki, Ağ Ev Maduronu Venesuela prezidenti kimi qəbul etmir və Venesueladakı ABŞ diplomatlarının həyatını təhlükəyə atacaq hər bir şəxsin məsuliyyətə cəlb edilməsi üçün “lazımi addımları” atacaq.
Xatırladaq ki, ötən gün Venesuela parlamentinin spikeri Xuan Quaido özünü dövlətin müvəqqəti başçısı elan edib. ABŞ Maduronu hakimiyyəti Quaidoya təslim etməyə səsləyib.
Bundan sonra  Latın Amerikasının əksər ölkələri Quaidoya dəstək verib.
Türkiyə, Rusiya, İran, Meksika, Kuba isə Maduronu dəstəklədiklərini bildirib.
Maduro ABŞ-ı ölkədə çevriliş törətmək cəhdində ittiham edib.
Venesuelanın müdafiə naziri isə bəyan edib ki, ordu Quaidonu tanımır.
 
Source : Islamazeri
Tagged
Venesuela
Comment