QR CodeQR Code

Bəhreyn Ali Məhkəməsi Şeyx Əli Salmanın ömürlük həbs cəzasına dair hökmü təsdiq edib

Maide , 28 Jan 2019 14:35

İslamtimes - Bəhreyn Ali Məhkəməsi Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın və bu cəmiyyətin daha iki üzvü Həsən Sultanvə Əli Əl-Əsvəd haqqında çıxarılan ömürlük azadlıqdan məhrumetmə cəzasına dair hökmü təsdiq etdi.


Maide.Az  xəbər verir ki,  Əl-Vifaq Cəmiyyətinin “Twitter” səhifəsində yer alan xəbərdə bildirilir ki, Şeyx Əli Salman onun haqqında çıxarılan ömürlük həbs hökmündən Ali Məhkəmə şikayət vermişdi. 
 
Keçirilən məhkəmədə Şeyx Əli Salman özü də iştirak etmişdi. Məhkəmə ömürlük həbs cəzasına dair hökmü təsdiq edib. 
 
Xatırladaq ki, Şeyx Əli Salman 4 ildir ki, həbsdədir. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.  Bəhreyn rejimi ötən ilin noyabrında  ona qarşı yeni ittiham irəli sürüb. Ali Xəlifə rejimi Şeyxi Əli Salman haqqında casusluq maddəsi ilə yeni cinayət işi açıb. Bu  Bəhreyn,  BƏƏ, Misir və Səudiyyə Ərəbistanın  Qətər ilə münasibətləri korlandıqdan sonra və əməkdaşlıqdan imtina etməsindən sonra baş verib.  Şeyx Əli Salman  2018-ci ilin dekabr ayında 4 il həbs müddətini başa vurduqdan sonra  sərbəst buraxılacaqdı. Lakin ötən ilin noyabr ayında Ali Xəlifə Rejinin Apellyasiya məhkəməsi Şeyx Əli Salman və Bəhreyn rejiminə müxalif olan Şeyx Həsən Sultan və Əli Əl-Əsvəd haqqında bəraət hökmunu ləğv edərək, onları “Qətərə casusluq etmək ittihamı” ilə  ömürlük azadlıqdan məhrum edib.


Story Code: 774773

News Link :
https://www.islamtimes.org/az/news/774773/bəhreyn-ali-məhkəməsi-şeyx-əli-salmanın-ömürlük-həbs-cəzasına-dair-hökmü-təsdiq-edib

Islam Times
  https://www.islamtimes.org