QR CodeQR Code

“Sarı jiletlilər”in lideri həbs edildi

Deyerler , 27 Jan 2019 14:53

İslamtimes - Fransada "Sarı jiletlilər" hərəkatının liderlərindən olan Maksim Nikol polis tərəfindən saxlanılıb.


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, buna səbəb Nikolun Bordo şəhərində keçirilən aksiyalar zamanı polisin xəbərdarlığına məhəl qoymayaraq insanları etiraza davam etdirməyə çağırmasıdır.
 
Maksim Nikol saxlanılmadan əvvəl jurnalistlərə verdiyi açıqlamada ““Sarı jiletlilər” hərəkatının bitdiyini deyənlər diqqətlə baxsın. Yanvar ayıdır və biz hələ buradayıq. Aksiyalar gərəkdiyi qədər davam edəcək” deyib.
 
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir.
 


Story Code: 774777

News Link :
https://www.islamtimes.org/az/news/774777/sarı-jiletlilər-in-lideri-həbs-edildi

Islam Times
  https://www.islamtimes.org