QR CodeQR Code

Mediaforum-un sorgu nəticəsi

Deyerler , 8 Jun 2011 08:33

IslamTimes - “Media forum” saytı “Xarici dövlət və hökumət başçılarından kimə daha çox rəğbətiniz var” sualı ilə keçirdiyi internet sorğusunu yekunlaşdırıb


Ümumilikdə 285 dəfə səs verilmiş sorğuda nəticələr belə olub:

Seyid Əli Xameneyi (İranın ali dini lideri) – 132 səs

Rəcəb Təyyib Ərdoğan (Türkiyənin baş naziri) – 48

Mixail Saakaşvili (Gürcüstan prezidenti) – 36

Barak Obama (ABŞ prezidenti) – 21

Abdulla Gül (Türkiyə prezidenti) – 18

Başqa – 7

Vladimir Putin (Rusiyanın baş naziri) – 4

Angela Merkel (Almaniya kansleri) – 3

Mahmud Əhmədinejad (İran prezidenti) – 3

Nursultan Nazarbayev (Qazaxıstan prezidenti) – 3

Abdulla bin Əbdüləziz (Səudiyyə Ərəbistanı kralı) – 2

Aleksandr Lukaşenko (Belarus prezidenti) – 2

Dmitri Medvedyev (Rusiya prezidenti) – 2

Kral II Abdulla (İordaniya kralı) – 1

Nikola Sarkozi (Fransa prezidenti) – 1

Silvio Berluskoni (İtaliyanın baş naziri) –1

Uqo Çaves (Venesuela prezidenti) – 1

Benyamin Netanyahu (İsrailin baş naziri) – 0

Devid Kemeron (Böyük Britaniyanın baş naziri) – 0

Viktor Yanukoviç (Ukrayna prezidenti) – 0.

Səsvermədə iştirak etmiş hər bir şəxsə təşəkkürünü bildirən “Media forum” saytı xüsusi qeyd edir ki, internet sorğusunda sosioloji parametrləri gözləmək mümkün olmadığından və bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün tətbiq edilən texniki məhdudiyyətlər şərti xarakter daşıdığından bu tipli sorğuların nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər.

Sayt diqqətə çatdırır ki, bu sorğu nəticələrinin onun xüsusi qeyd hissəsi olmadan dərc edilməsi, yayılması və ya başqa formada istifadəsi yolverilməzdir. ("Media forum")

HaqqYolu: Əksər sorğularda bir neçə nəfərin bir neçə dəfə səs verməsi demək olar ki, mümkünsüzdür. Amma saytın admini səsləri artırıb-azaltmaq imkanına malikdir. Güman ki, Mediaforum-da şəxsən Ayətullah Xameneiyə verilən səslər artırılmayıb!


Story Code: 77500

News Link :
https://www.islamtimes.org/az/news/77500/mediaforum-un-sorgu-nəticəsi

Islam Times
  https://www.islamtimes.org