QR CodeQR Code

Fransalı İŞİD-çilər Suriyadan geri qayıdır

Deyerler , 30 Jan 2019 15:21

Islamtimes - Suriyadakı YPG kürd qüvvələrin əsasını təşkil etdiyi Demokratik Suriya Qüvvələrinin həbsdə saxladığı 130 İŞİD üzvü olan Fransa vətəndaşı bir neçə həftə ərzində Fransaya təhvil veriləcək.


Deyerler.org Euronews-a istinadən xəbər verir ki, Fransa qəbul edəcəyi İŞİD-çi vətəndaşlarını mühakimə edəcək.
 
Fransanın BFM telekanalına açıqlama verən daxili işlər naziri Kristof Kastaner belə deyib: “Fransaya geri qayıdan hər bir kəs məhkəməyə təhvil veriləcək. Həbsin lazım olub olmadığına məhkəmə qərar verəcək”.
 
ABŞ-ın prezidenti Donald Trampın qərarı ilə ABŞ əsgərlərinin Suriyadan çıxarılacağı qərarına diqqət çəkən Kastaner, belə deyib: “Amerikalılar orada olduğu üçün həbsdə saxlanılanlar var, amma artıq buraxılacaqlar. Onlar da Fransaya qayıtmaq istəyəcəklər”.
 
Frsansa rəsmiləri ABŞ-ın Suriyadan çıxmasından sonra, bu şəxslərin izini itirməkdən qorxduğu bildirilib.
 
DSQ-nin həbsdə saxladığı İŞİD-çilər arasında Adrian Quyhal kimi yüksək vəzifəli İŞİD liderlərinin də olduğu qeyd olunub.
 
 
Bu təhvil-təslim reallaşsa, Fransa İŞİD terror təşkilatına üzv olmuş vətəndaşlarını qəbul edən ilk Avropa ölkəsi olacaq.
 


Story Code: 775157

News Link :
https://www.islamtimes.org/az/news/775157/fransalı-işid-çilər-suriyadan-geri-qayıdır

Islam Times
  https://www.islamtimes.org