0
Wednesday 8 June 2011 - 12:22

Bəhreyn rejiminə qarşı Sünnü-Şiə həmrəyliyi

Story Code : 77541
Bəhreyn rejiminə qarşı Sünnü-Şiə həmrəyliyi başladı!
Bəhreyn rejiminə qarşı Sünnü-Şiə həmrəyliyi başladı!
Bəhreynli inqilabçı din xadimi Şeyx Əli əl-Kərbabadi Bəhreyndə Sünnü məzhəbindən olanların inqilabda oynadığı roldan söz açıb. O deyib: “Bəhreyndə Əhli-Sünnə qardaşlarımızdan bir çoxu bu günə qədər Şiə qardaşlarıyla əl-ələ verərək zalım Ali Xəlifə rejiminə qarşı çıxıbdır. Onlar təşkil edilən nümayişlərə qatılaraq bu rejimi istəmədiklərini bildirirlər.”

Əli əl-Kərbabadi sözlərinin davamında Ali Xəlifə xanədanına yaxın insanların da iqtidar əleyhinə nümayişlərə qatıldıqlarından xəbər verib.

Kərbabadi deyib: “Əhli Sünnə qardaşlarımız da, Ali Xəlifə rejiminin əxlaqsız və çürümüş bir rejim olduğuna inanırlar. Bəhreyndə Şiə-Sünü ayrıseçkiliyi yoxdur. Hər iki tərəf bir-birini dost və qardaş olaraq görür. Bu iki qrup arasında çox sıx rabitələr qurulubdur.

Qeyd edək ki, bu rejim hələ də tərtib olunmuş bir proqram çərçivəsində ölkədə dini zəmində fitnə yaratmağa çalışır. Amma bu günə qədər bu çirkin məqsədinə nail ola bilməyib.
Comment