QR CodeQR Code

Gürcüstan azərbaycanlıları ölkənin parlamenti qarşısında kütləvi etiraz aksiyası təyin edib

Islamazeri , 2 Feb 2019 16:52

İslamtimes - Etiraz aksiyası fevralın 5-i saat 12-də Gürcüstan parlamentinin qarşısında olacaq.



Gürcüstanın Axalkalaki şəhərində erməni terrorçu Mixail Avaqyana abidə ucaldılmasına qəzəblənən bu ölkədəki azərbaycanlılar kütləvi etiraz aksiyasına hazırlaşırlar.
“Report”un əldə etdiyi məlumata görə, etiraz aksiyası fevralın 5-i saat 12-də Gürcüstan parlamentinin qarşısında olacaq.
Etiraz aksiyasının keçirilməsi artıq razılaşdırılıb. Aksiyada kütlvəi azərbaycanlıların qoşulacağı bildirilir. Bildirilir ki, erməni terrorçuya abidə ucadılması azərbaycanlılara qarşı ciddi hörmətsizlikdir, mənəvi sarsıntıdır və Gürcüstandakı azərbaycanlılar abidənin oradan götürülməsini ciddi tələb edəcəklər.
 


Story Code: 775737

News Link :
https://www.islamtimes.org/az/news/775737/gürcüstan-azərbaycanlıları-ölkənin-parlamenti-qarşısında-kütləvi-etiraz-aksiyası-təyin-edib

Islam Times
  https://www.islamtimes.org