Ərəb dünyasının tanınmış yazıçısı və siyasi eksperti Əbdülbari Ətvan İordaniyada Bəhrulməytdə 6 ərəb ölkəsinin şörüşünü şərh edib. Ətvan deyib: 6 ərəb ölkəsinin görüşündə məqsəd öncədən irəli sürülmüş “İran şərtinin” ləğvi idi. Bu ölkələr Suriya ilə münasibətlərin bərpası üçün Dəməşq qarşısında şərt irəli sürmüşdülər ki, Suriya-İran əlaqələri tam kəsilməlidir. İndi isə Suriya ilə əlaqələrin bərbası üçün yarış gedir və belə bir vaxtda ağır şərtlər irəli sürmək naşılıqdır. Bu görüşdə Türkiyə ilə yaxın münasibətdə olan Qətər və Oman iştirak etməyib.