QR CodeQR Code

Abdullah Saleh ölüm yatağındadır

8 Jun 2011 19:07

IslamTimes - Səudiyyə rəsmisi Abdullah Salehin səhhətinin çox ağır olduğunu bildirib


"IslamTimes"-ın "CNN" kanalına istinadən verdiyi xəbərə əsasən, Yəmən diktatoru Əli Abdullah Salehə yaxın mənbələrin, onun yaralarının səthi olduğunu elan etmələrinə baxmayaraq Səudiyyə rəsmilərindən biri, Abdullah Salehin səhhətinin ağır olduğunu bildirib.

Səudiyyə rəsmisi, Abdullah Salehin yaralı halda Yəməndən Riyada gətirildiyi xəbərini təsdiqləyərkən onun Riyad hava limanına yaxın bir xəstəxanaya köçürüldüyünü və səhhətinin çox ağır olduğunu bildirdi.

Bu rəsmi şəxs əlavə olaraq, Yəmən diktatorunun yaralarının səthi olduğuna dair verilən açıqlamaların doğru olmadığını vurğuladı.


Story Code: 77608

News Link :
https://www.islamtimes.org/az/news/77608/abdullah-saleh-ölüm-yatağındadır

Islam Times
  https://www.islamtimes.org