0
Monday 4 February 2019 - 16:37

Ayətullah Xamenei 50 min məhkumun əfv olunması ilə bağlı göstəriş verib

Story Code : 776092
Ayətullah Xamenei 50 min məhkumun əfv olunması ilə bağlı göstəriş verib
Maide.Az “IRINN” saytına istinadən xəbər veri rki,  bunu İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani deyib. 
 
O bildirib ki,  Ali Rəhbərin sərəncamı ilə bu məhbusların böyük əksəriyyəti zindandan azad olacaq. Digər hissəsinin isə  çəkilməmiş cəzası azaldılacaq. 
 
Qeyd edək ki, fevral ayının 1-i Tehranda İmam Xomeynini tarixdə görünməmiş izdiham qarşılayıb. Tehranın Mehrabad hava limanında qısa çıxışdan sonra İslam İnqilabının şəhidlərini ziyarət etmək üçün Behişte-Zəhra qəbiristanlığına gedib, Xalq qarşısında günün məsələlərindən danışıb. İmam Xomeyni İrana qayıdandan 10 gün sonra, 22 Bəhməndə (11 fevral, 1979-cu il) İranda əzəmətli İslam İnqilabı qəti qələbə çalıb.
 
İmam Xomeyninin (r) İrana döndüyü 12 Bəhməndən (1 fevral)  inqilabının qələbə çaldığı 22 Bəhmənə (11 fevral) qədər İslam İnqilabının "Fəcr dekadası" (Fəcr Ongünlüyü) adlandırılır.
 
Hər il bu münasibətlə “Fəcr ongünlüyü” bayram şənlikləri İranla yanaşı dünyanın müxtəlif ölkələrində təntənəli qeyd olunur. 
Source : Maide
Tagged
xamenei
Comment