0
Thursday 7 February 2019 - 08:58

Müsəlman Birliyi Hərəkatının üzvü oğurlanıb

Story Code : 776608
Bəxtiar Bağırov
Bəxtiar Bağırov
Bu barədə onun yaxınları məlumat verib.
Belə ki, MBH -nın üzvü Bəxtiar Bağırov axşam saat 20:30 radələrində Sahibəzzaman məscidi yaxınlığındakı çay evində dostları ilə oturubmuş. Bu zaman ona zəng gəlib və zəng edən şəxs 6 saylı CÇM-də saxlanılan Bəxtiyarın dostu Əhsən Nuruzadənin yanından gəldiyini və Bəxtiyara vacib sözü olduğunu bildirib.
Həmin şəxs bildirib ki, məscidin yaxınlığında yerləşən “Araz” supermarketin yanında dayanıb və gözləyir. Bəxtiyar çay evindən çıxıb, deyilən yerə yollanarkən dostlarından biri də onunla gedib.
Sözügedən yerə çatdıqda bir neçə nəfər Bəxtiyarı əhatəyə alıb və onu məcburi şəkildə tutub avtomobilə salıblar. Bəxtiyarla gedən dostunu isə döyüblər və oradan uzaqlaşıblar.
Bundan sonra dərhal 102 xidmətinə zəng vurub hadisə barədə bildirilib.
Həmçinin Bəxtiyarla gedən və hücuma məruz qalan dostu polisə deyib ki, onu döyən şəxslərdən birini tanıyıb. Həmin şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçisidir.
Xatırladaq ki, Bəxtiyar Bağırov MBH-nin fəal üzvüdür və o, son günlər üzvü olduğu təşkilatın həbsdə olan sədri Tale Bağırzadəyə, İH-nin üzvü Abbas Hüseynə qarşı edilən amansız işgəncələrə etiraz olaraq videomüraciət yayımlamışdı.
Comment