QR CodeQR Code

REAL rəsmisi Tale Bağırzadə, Abbas Hüseyn və Cabbar Cabarova işgəncə verilməsinə etiraz etdi

Operativ.tv , 7 Feb 2019 10:43

İslamtimes - “İşgəncə yolverilməzdi və barbarlıqdı.


REAL sədrinin siyasi məsələlər üzrə müavini Azər Qasımlı Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, dindar fəallar Abbas Hüseyn və Cabbar Cabbarova qarşı həyata keçirilən işgəncələrə rəsmi facebook səhifəsindən münasibət bildirib.

Operativ.tv Azər Qasımlının fikirlərini olduğu kimi təqdim edir:
“İşgəncə yolverilməzdi və barbarlıqdı. İşgəncəni həyata keçirən və sifarişini verən şəxslərin 21-ci əsrdə nəinki dövlət vəzifəsi tutmağa, heç "insan" adını daşımağa haqları yoxdur.
Artıq neçənci dəfədir ki, Müsəlman Birliyi Təşkilatının həbsdə olan üzvlərinə qarşı işgəncə verildiyi barədə məlumatlar dolaşır. Bu yolverilməzdi. Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq birlik və təşkilatlar bu məsələ ilə bağlı mövqe bildirməlidirlər. Mehman Hüseynovun məsələsində göstərdikləri həssaslığı bu məsələdə də sərgiləməlidirlər. Lakin cəmiyyətimiz də bu məsələdə həssas davranmalıdlr. Çünki məsələ həqiqətən də həssasdır. İslamçı qruplarla mübarizə apardığını və güc yolu ilə də olsa sabitliyin vacib olduğunu göstərmək istəyi hər zaman bu hakimiyyətin gizli silahı olub.
Azərbaycan cəmiyyəti də, dünyanın mütərəqqi hissəsi də bəribaşdan hakimiyyətin bu yalançı və uydurma siyasətinə etirazını bildirməlidir”.


Story Code: 776638

News Link :
https://www.islamtimes.org/az/news/776638/real-rəsmisi-tale-bağırzadə-abbas-hüseyn-və-cabbar-cabarova-işgəncə-verilməsinə-etiraz-etdi

Islam Times
  https://www.islamtimes.org