QR CodeQR Code

Rəhbər Ayətullah Xamenei: Avropalılar da amerikalılar kimi etibarsızdır!

IslamTimes , 9 Feb 2019 01:34

İslamTimes: Biz ABŞ-a ölüm deyəndə, zalım hakimlərə ölüm istəyirik...


İnqilab Rəhbəri Ayətullah Xamenei hərbi hava qüvvələri və havadan müdafiə qüvvələrinin məsulları və əməkdaşları ilə görüşüb. Rəhbər Ayətullah Xamenei öz çıxışında dünya və regionun mövcud problemlərinə münasibət açıqlayıb. Böyük Rəhbər deyib:
22 Bəhmən aksiyası Allahın yardımı ilə və tarix yaradan amillər sayəsində düşmən üçün sarsıdıcı olacaq. Nümayiş millətin ayıqlığı ilə, bütün baxışlardan olan insanların iştirakı ilə əvvəlki illərdən əzəmətli olacaq. İnqilab baş vermiş ölkələrdə inqilabın ildönümü bir neçə nəfər qarşısında  hərbi paradla qeyd olunur. Amma İranda 40 ildir ki, bütün ölkədə insanlar küçələrə çıxır və bu inqilabın əsrarəngiz möcüzələrindəndir.
Cəmiyyətimizdə fərqli baxışlar, səliqələr mövcuddur. Amma inqilab, dövlətçilik, 22 Bəhmən mövzuları ortaya gələndə hamı çiyin-çiyinə dayanır.  ABŞ rejimi başçıları İran xalqına qarşı hörmətsizlik etdikləri bir vaxtda sual verirlər ki, nə üçün bu xalq Amerikaya ölüm şüarı səsləndirir? Onlara aydınlatmaq üçün deyirəm ki, bizim Amerika xalqı ilə problemimiz yoxdur, Amerikaya ölüm deyəndə zalım hakimlərə, Trampa, Boltona, Pompeoya ölüm istəyirik. Nə qədər ki, ABŞ öz şər işlərini davam etdirir, bu şüar dilimizdən düşməyəcək. Məsullara tövsiyə edirəm ki, avropalılara da etimad göstərməsinlər, onlara ümidlə baxmasınlar. İrandan insan haqlarını gözləməyi  həyasızlıqla tələb edənlər Parisdə silahlı qüvvələri xalqın üstünə göndərirlər...
 


Story Code: 776973

News Link :
https://www.islamtimes.org/az/news/776973/rəhbər-ayətullah-xamenei-avropalılar-da-amerikalılar-kimi-etibarsızdır

Islam Times
  https://www.islamtimes.org