QR CodeQR Code

‘Müsəlman Birliyi’ fəalına 20 sutka verildiyi deyilir

Maide , 12 Feb 2019 17:21

İslamtimes - Beş gün qeyri-müəyyənlikdən sonra "Müsəlman Birliyi” hərəkatının fəalı Bəxtiyar Bağırovla bağlı bəzi məsələlərə aydınlıq gəldiyi bildirilir.


Bu barədə Azadlıq Radiosuna hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat verib.
 
Hüquq müdafiəçisinin sözlərinə görə, Bəxtiyar Bağırova 20 sutka inzibati cəza verildiyi haqqında məlumat əldə ediblər: "Amma bu inzibati cəzaya səbəb olan ittiham və qərarın hansı məhkəmədə çıxarıldığı bəlli deyil”- Oktay Gülalıyev bildirib.
 
Hüquq müdafəçisinin dediklərini, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
 
Oktay Gülaliyev vurğulayıb ki, Bəxtiyar Bağırovun ətrafında qeyri-müəyyənlik fevralın 6-da yaranıb və onun yerini öyrənməkdən ötrü dövlət orqanları məlumatlandırılıb.
 
Hüquq müdafiəçisi bundan əvvəl də Bəxtiyar Bağırovun yaxınlarına istinadən bildirmişdi ki, onu, fevralın 6-da Bakının Bakıxanov qəsəbəsində çayxanaların birində olarkən bir neçə mülki geyimli şəxs saxlayıb.
 
"Məsələ ondadır ki, Bəxtiyar Bağırovla birgə olanlardan biri onu saxlayanların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının olduğunu güman edir. Çünki, o həmin mülki geyimlərdən birini tanıdığını söyləyir”, deyə O.Gülaliyev qeyd edirdi.
 
Ancaq bu deyilənlərə də Daxili İşlər Nazirliyi və sözü gedən idarədən münasibət almaq mümkün olmayıb.


Story Code: 777601

News Link :
https://www.islamtimes.org/az/news/777601/müsəlman-birliyi-fəalına-20-sutka-verildiyi-deyilir

Islam Times
  https://www.islamtimes.org