0
Wednesday 13 February 2019 - 21:25

Ayətullah Xameneinin strateji bəyanatından 19 çıxarış

Story Code : 777867
Ayətullah Xameneinin strateji bəyanatından 19 çıxarış
İnqilab Rəhbəri Ayətullah Xamenei İslam İnqilabının 40-cı ildönümü münasibətilə "İnqilabın ikinci addımı" adlı bəyanatla çıxış edib. Bəyanatdan 19 çıxarış təqdim edirik:
 
1.Zülm-sitəm altında olan xalqların kiçik bir hissəsi inqilab üçün ayağa qalxır...
2.İnqilab etmiş xalqların kiçik bir hissəsi öz missiyasına başa çatdıra bilir. Hökuməti dəyişsələr də, inqilabın ideallarını qoruya bilmirlər.
3.İran İslam İnqilbı yeganə inqilabdır ki, ideallara xəyanət etmədən qürurlu 40 ili adlayıb.
4. İran İslam İnqilabından ötən 40 ildə kimsə narazı olubsa, məsulların dini dəyərlərə bağlılığı yox, bu dəyərlərdən üz çevirməsi səbəbindən  olub.
5.İran İslam Respublikası hətta Amerika və Səddamla gərginlik zamanı birinci atəş açmayıb.
6.İslam İnqilabı sıfırdan başlayıb və birincisi, hər şey bizə qarşı olub... İkincisi heç bir təcrübəmiz olmayıb. Marksist inqilabı və başqa inqilablar  bizim üçün nümunə ola bilməzdi.
7.İran İslam İnqilabı o dövrün ikiqütblü dünyasını üçqütblü etdi.
8. İslam İnqilabı fironların yuxusuna haram qatdı, var gücləri ilə düşmənçiliyə başladılar. Böyük iman, xalqın əzmi, Böyük İmamın ilahi rəhbərliyi olmasaydı, bu həddə düşmənçilik, fitnəkarlıq, amansızlıq qarşısında tab gətirmək mümkün deyildi.
9.İslam İnqilabı uzun tarixi süquta son qoydu, Pəhləvilər və Qacarlar dövründə alçaldılmış xalq tərəqqi yolu tutdu.
10.Ötən qırx ildə ədalətsizliklə mübarizə inqilabdan öncəki heç bir dövrlə müqayisəyə gəlməz. Amma mən hələ ki ədalətin təminindən razı deyiləm. Ədalətin bərpasında gənclərə ümid edirəm.
11.Bir zaman bir neçə satılmış iranlı və bir neçə təyyarə, helikopterlə İslam Respublikasını devirməyə ümid edən Amerika bu gün İslam Respublikasına qarşı onlarla dövləti birləşdirən koalisiyaya möhtac olub, amma yenə məğlubdur.
12.Gələcəyi quranlar unutmamalıdır ki, təbii və insani resurslar baxımından misilsiz potensiala malik ölkədə yaşayırlar.
13.Əziz övladlarıma, gənclərə tövsiyə mövzularım var: elm və tədqiqat, mənəviyyat və əxlaq, iqtisadiyyat, ədalət, korrupsiya ilə mübarizə, müstəqillik və azadlıq, milli ləyaqət, xarici münasibətlər, düşmən qarşısında qırmızı xətt, həyat tərzi...
14.Diqqətli olun: Düşmənin minlərlə radio, televiziya, internet şəbəkələrinin işi kiçik nöqsanları böyük göstərmək, uğurları inkar etməkdir. Gənclər təbliğat  mühasirəsinin yarılmasında öncül olmalıdır. 
15.Kimsə düşünə bilər ki, iqtisadi problemlərimizin səbəbi sanksiyalar, sanksiyaların səbəbi imperializmlə mübarizəmizdir. Guya çıxış yolu düşmən qarşısında diz çökmək, onun canavar pəncəsindən öpməkdir - bu düşüncə böyük xətadır. 
16.Var-dövlət həvəsi  hətta  tarixin ən pak hökuməti, Həzrət Əmirəlmömininin (ə) hökuməti dövründə kimlərisə çaşdırdı. Demək, bu təhlükə İslam Respublikasının məsullarını, müdirlərini də hədələyir. Mən dövlət, parlament, məhkəmə sistemindən tələb edirəm ki, korrupsiya ilə qətiyyətlə mübarizə aparsınlar.
17.Hamı bilsin ki, İslam Respublikasında bütün postların, vəzifələrin  qanuniliyi, legitimliyi iqtisadi paklıqla, düzgünlüklə şərtlənib. Hamı haram tikədən qaçmalıdır...
18.Ədalət bütün ilahi risalətlərin, missiyaların birinci hədəfidir.
19.Avropanın İranda qərb həyat tərzini yaymaq üçün təlaşı məmləkət və xalqa  ağır əxlaqi, iqtisadi, dini, siyasi  zərbədir.
 
Source : IslamTimes