QR CodeQR Code

Nigeriyada silahlı hücum – 60-dan çox dinc sakin həlak olub

Nur-az.com , 16 Feb 2019 11:49

Islamtimes - Nigeriyanın Kaduna əyalətində prezident seçkiləri öncəsi təşkil olunan silahlı hücumlar nəticəsində 66 nəfər həlak olub.


Anadolu agentliyi xəbər verir ki, Əyalət Mətbuat Katibi Samuel Aruvan jurnalistlərə verdiyi açıqlamada silahlı hücumu edənlərin kimliyinin hələ məlum olmadığını deyib.

Faktla bağlı cinayət işi açıldığını söyləyən S.Aruvan, xalqı təmkinli davranmağa çağırıb.

Qeyd edək ki, Nigeriyada sabah keçiriləcək seçkidə Bütün Qabaqcıllar Konqresinin sədri Məhəmməd Buxari və Xalqın Demokratik Partiyasının sədri Abubakar ən güclü namizədlər hesab edilir.


Story Code: 778302

News Link :
https://www.islamtimes.org/az/news/778302/nigeriyada-silahlı-hücum-60-dan-çox-dinc-sakin-həlak-olub

Islam Times
  https://www.islamtimes.org