QR CodeQR Code

Tramp: Həbsdəki işidçiləri açıb buraxacağam!

IslamTimes , 18 Feb 2019 14:04

İslamTimes: Tramp Avropanı hədələdi


ABŞ prezidenti Donald Tramp əsir götürülmüş İŞİD üzvləri ilə bağlı Avropaya xəbərdarlıq edib. Tramp deyib ki,  Avropa işidçiləri qəbul etməsə, açıb buraxacağam! Almaniya və Danimaka hökumətləri Trampın xəbərdarlığını soyuq qarşılayıb. Tramp Avropanın ABŞ tərəfindən əsir götürülmüş 800 avropalı terrorçuya sahib çıxmasını tələb edir. Almaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, bu fərdlər dərhal mühakimə olunacaqsa, məsələni nəzərdən keçirə bilərik. Almaniya araşdırma üçün vaxt lazım olduğunu və tələsik addım atılmayacağını elan edib. Danimarka hökuməti bu terrorçuların  ciddi təhlükə yarada biləcəyini vurğulayıb və onları qəbul etməkdən boyun qaçırıb.
 


Story Code: 778673

News Link :
https://www.islamtimes.org/az/news/778673/tramp-həbsdəki-işidçiləri-açıb-buraxacağam

Islam Times
  https://www.islamtimes.org