QR CodeQR Code

Rusiya: ABŞ Suriyada qondarma dövlət qurmaq istəyir

Islamazeri , 20 Feb 2019 17:08

Islamtimes - Rusiya XİN başçısı Suriyadakı vəziyyət barədə danışıb.


İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ kürdlərlə birlikdə İŞİD terror təşkilatına qarşı apardığı mübarizəni bəhanə edərək Fərat çayının şərq sahilində saxta dövlət yaratmağa çalışır.
Lavrov, Suriya kürdlərinin Avropadan Suriyanın şimal-şərqində beynəlxalq qüvvələr yaratmasını istəməsinə dair məlumatları, ABŞ-ın bu ərazilərin Suriya hökumətinin nəzarətinə keçmək istəməməsini şərh edib.
Lavrovun sözlərinə görə, Suriyanın şimal-şərqindəki vəziyyət ABŞ-ın oradakı qeyri-qanuni mövcudluğunun nəticəsidir.  O bildirib ki, Ağ Ev terrorçuluqla mübarizə bəhanəsi ilə kürdləri özünə müttəfiq edib və Fəratın şərq sahilində saxta dövlət yaratmaq niyyətində olub.
Onlar birbaşa bildirirlər ki, hətta Suriyadan getdikdən sonra belə kürdləri dəstəkləyəcəklər, lakin bir şərtlə ki, kürdlər Suriya hakimiyyəti və Rusiya Federasiyası ilə əməkdaşlıq etməsinlər”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Suriyanın suverenliinin bərpası məsələsi, ABŞ-ın diqqəti yayındırmaq üçün istifadə etdiyi manevr olub.
Onların məqsədi - indi bu daha da aydın olur - Suriyanı parçalamaq və şərq sahilində saxta dövlət yaratmaqdır. Onlar bu istiqamətdə artıq aktiv şəkildə işlər görürlər”, - deyo Lavrov əlavə edib.
Rusiyalı diplomat həmçinin hesab edir ki, regiondakı vəziyyət orada qeyri-qanuni şəkildə olan ABŞ-ın kefinə görə müəyyən edilməməlidir. ABŞ-ın Suriyadan gedişi vəziyyətə müsbət təsir edəcək, deyə o qeyd edib.
 


Story Code: 779055

News Link :
https://www.islamtimes.org/az/news/779055/rusiya-abş-suriyada-qondarma-dövlət-qurmaq-istəyir

Islam Times
  https://www.islamtimes.org