QR CodeQR Code

ABŞ İŞİD-i İraqda dirçəltməyə çalışır

IslamTimes , 24 Feb 2019 14:18

İslamTimes: Amerika İraqdakı bazalarında işidçilərə yer verir


İraqda parlamentin Əl-Bəna fraksiyasının üzvü Məhəmməd Əl-Bəldavi ABŞ-ın bu ölkədəki yeni fitnəkarlıqlarından danışıb. Əl-Bəldavi parlamentdəki çıxışında Amerikanı Suriyadan qaçan terrorçuları öz bazalarında yerləşdirməkdə ittiham edib. O bildirib ki, Suriya sərhədində ABŞ-a təslim olan işidçilər ailələri ilə birlikdə İraqdakı ABŞ bazalarında yerləşdirilir. Əl-Bəldavi ABŞ-ın İŞİD-i yenidən gücləndirib öz mənafeləri üçün istifadə etmək istədiyini dilə gətirib. Vaşinqtonun bu çirkin oyunları bir daha təsdiqləyir ki, İraqın təhlükəsizliyi üçün ABŞ İraqdan təcili çıxmalıdır.
 


Story Code: 779827

News Link :
https://www.islamtimes.org/az/news/779827/abş-işid-i-iraqda-dirçəltməyə-çalışır

Islam Times
  https://www.islamtimes.org