QR CodeQR Code

Suriyada İŞİD-in əlindəki sonuncu kənddə əməliyyat başladı

Deyerler , 2 Mar 2019 18:13

İslamtimes - Suriyada İŞİd-in əlindəki sonuncu bölgə olan Bağoza YPG-nin başçılıq etdiyi Demokratik Suriya Qüvvələri (DSQ) tərəfindən əməliyyat başladılıb.


Deyerler.org xəbər verir ki, əməliyyatı DSQ-nin tabeliyindəki xüsusi qüvvələr və ABŞ əsgərləri həyata keçirir.
 
Sputnik-ə danışan DSQ komandiri Dəmhat Sərəkaniyə bölgədəki İŞİD ilə aralarında güclü qarşıdurmanın baş verdiyini bildirərək, İŞİD-in çox yaxın bir müddətdə Suriyada məhv olacağını söyləyib.
 
DSQ-nin mətbuat sözçüsü Mustafa Balli də dinc sakin və girovların Bağozdan çıxarılmasından sonra, əməliyyatın başladığını bildirib.
 
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava və texniki dəstəyi ilə əməliyyatı başlayan DSQ qüvvələri, qısa müddətdə kəndi geri almağı hədəfləyiblər. Kəndin İŞİD-in əlindən alınmasıyla Suriyada İŞİD-in əlində heç bir bölgə qalmayacaq.
 


Story Code: 780991

News Link :
https://www.islamtimes.org/az/news/780991/suriyada-işid-in-əlindəki-sonuncu-kənddə-əməliyyat-başladı

Islam Times
  https://www.islamtimes.org