QR CodeQR Code

Əbu-Zəbi İŞİD komandirini Yəmənə gətirib

IslamTimes , 4 Mar 2019 21:49

İslamTimes: Əmirlik Yəmənin cənubunda döyüş üçün İŞİD-i hazırlayır


Yəməndə Ərəbistan koalisiyası tərəfində dayanan Yəmən Milli Dialoq Konqresinin üzvü Əli Əl-Cübeyri Qətərin Əl-Şərq qəzeti ilə söhbətdə deyib: Biz bir zaman Yəmənin cənubunda  koalisiya qüvvələrinin gəlişinə tərəfdar idik. Çünki Hüsilərlə təkbaşına mübarizə apara bilməzdik. İndi isə anlamışıq ki, koalisiya qüvvələri Yəmənə yağlı tikə kimi baxır, bu ölkəni işğal etmək istəyir. Hazırda Əmirliyin terrorizmlə mübarizə adı altında Yəməndə yaratdığı gizli həbsxanalarından birinə gətirilən İŞİD komandirindən Yəməndə istifadə etmək istəyirlər. Əmirlik bu günə qədər 32 tanınmış ruhanini qətlə yetirib. Dörd ildən sonra hamı anlayıb ki, Əmirliyin məqsədi Yəməni məhv etməkdir.
 


Story Code: 781368

News Link :
https://www.islamtimes.org/az/news/781368/əbu-zəbi-işid-komandirini-yəmənə-gətirib

Islam Times
  https://www.islamtimes.org