QR CodeQR Code

ABŞ-ın 10 il qabaq sıradan çıxarılmış qırıcıları Suriyanı bombalayıb

Deyerler , 5 Mar 2019 19:06

İslamtimes - 10 il bundan əvvəl yararsız sayılan ABŞ-ın "F-117" qırıcları, 2017-ci ildə Suriya hava hücumları zamanı müşahidə olunmuşdur.


"Deyerler.org"un "lenta.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda Hollandiyanın "Scramble" jurnalı xəbər verir. Mənbə müxbirlərinin sözlərinə görə, onlar bu məlumatı iki il bundan öncə əldə etmişdir. Məlumata əsasən, bu təyyarələrə ehtiyac duyulduğuna görə, onlardan dördü Yaxın Şərq bölgəsinə göndərilmişdir. Onların Suriya və İraq ərazilərində az diametrli bombalarla uçması qeyd olunur. Təyyarələr, 2017-ci ilin dekabr ayında ABŞ-ın Nevada ştatında yerləşən bazanın üzərində müşahidə olunmuşdur.
 
Bu təyyarələrin ilk uçuşu 1981-ci ildə baş vermişdir. Bu tip təyyarələrin cəmi 64 sayda buraxılması qeyd olunur.
 


Story Code: 781540

News Link :
https://www.islamtimes.org/az/news/781540/abş-ın-10-il-qabaq-sıradan-çıxarılmış-qırıcıları-suriyanı-bombalayıb

Islam Times
  https://www.islamtimes.org