0
Tuesday 5 March 2019 - 19:10

İsrail rejimi fələstinliləri Əl-Əqsadan kənarlaşdırmağı davam etdirir

Story Code : 781541
İsrail rejimi fələstinliləri Əl-Əqsadan kənarlaşdırmağı davam etdirir
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, İsrail rejimi işğal altındakı Qüdsdə fələstinlilərə qarşı ibadət azadlığını məhdudlaşdırmaq tədbirlərinə davam edir.
 
Fələstin vətəndaş cəmiyyəti qurumlarından “Vadi Hilva İnformasiya mərkəzi” tərəfindən dərc olunan hesabata görə, İsrail rejimi orqanlarının fevral ayında 133 fələstinliyə Əl-Əqsa məscidi və Qüdsün qədim şəhərindən uzaqlaşdırma cəzasını verib.
 
Əl-Əqsa məscidi və Hərəmi Şərifə giriş qadağası tətbiq olunanlar arasında Qüds Ali İslami Vəqflər Şurasının sədri Şeyx Əbdüləzim Səlhəb ilə Əl-Əqsa məscidinin sabiq müdiri Şeyx Nəcih Bukeyrat da var. İsrail rejiminin orqanları Şeyx Səlhəbin 40 gün, Şeyx Bukeyratın 4 ay daha Əl-Əqsa Məscidinə girişini qadağan edib.
 
Hesabatda, həmçinin 177 fələstinlinin 18-28 fevral arasında olmaqla eyni ayda ümumilikdə 229 nəfərin həbs edildiyini bildirilib. Bu həbslərin Əl-Əqsa məscidinə açılan Rəhmət qapısının bağlanmasına qarşı təşkil olunan etirazlar vaxtı reallaşdığı vurğulanıb.
 
 
İsrail rejiminin sözügedən fələstinlilərə verdiyi Əl-Əqsa məscidinə giriş qadağası dini azadlıqlara qoyulan məhdudiyyətlər kimi qiymətləndirilir.
 
Tagged
fələstin
Comment