QR CodeQR Code

İraq həbsxanalarında 700-dən çox xarici İŞİD üzvü var

Deyerler , 9 Mar 2019 12:09

İslamtimes - İraqın Ədliyyə Nazirliyində İnsan Hüquqları təşkilatının rəhbəri, ölkənin cəzaçəkmə müəssisələrindən 700-dən çox xarici terrorçu məhbusların olması haqda xəbər vermişdir. Kamil Aminin sözlərinə görə, həbsdə olan terrorçu məhbusların əksəriyyətinin Türkiyə vətəndaşlığı var.



"Deyerler.org"un "parstoday.com" agentliyinə istinadən verdiyi xəbərə görə, məhbusların bir hissəsi yeniyetmələrdir, onlar öz ölkələrinə qayıdacaqlar. İraqda doğulanlar isə burada mühakimə olunacaq.
 
İraqın baş naziri Adil Abdul Məhdinin sözlərinə görə, geri öz ölkələrinə qayıtmağa qadağa qoyulan xarici terrorçular, onların uşaqları və həyat yoldaşları burada məhkəmə qarşısına çıxacaqlar.
 
Yaxın günlərdə, Suriyada, İraq mənşəli 250-ə yaxın İŞİD terrorçusunun həbs edilərək İraq hakimiyyətinə təhvil verilməsi haqda məlumat verilmişdir.
 


Story Code: 782245

News Link :
https://www.islamtimes.org/az/news/782245/iraq-həbsxanalarında-700-dən-çox-xarici-işid-üzvü-var

Islam Times
  https://www.islamtimes.org