QR CodeQR Code

Venesuela elektrik təchizatının kəsilməsini kiberhücum adlandırıb

Deyerler , 9 Mar 2019 12:12

İslamtimes - "Venesuela tarixində elektrrik təchizatı sahəsindəki ən irimiqyaslı qəzanın səbəbi kiberhücumdur".


“Report” RBK-ya istinadən xəbər verir ki, bunu ölkənin informasiya naziri Xorxe Rodriges dövlət televiziyasının canlı yayımında bildirib.
 
O, kiberhücumun arxasında ABŞ-ın dayandığına dair müəyyən ehtimalların olduğunu da diqqətə çatdırıb: “Hücumun hədəfi Quri hidroelektrik stansiyasının avtomatik nəzarət sistemi olub”.
 
Nazir sistemin hakerlərin nəzarəti altına keçməsini əngəlləmək üçün su elektrik stansiyasının fəaliyyətini təhlükəsizlik naminə dayandırdıqlarını vurğulayıb.
 
Qeyd edək ki, martın 7-də Venesuelada enerji böhranı yaranıb. Nəticədə xəstəxanalarda 79 nəfər ölüb.
 


Story Code: 782248

News Link :
https://www.islamtimes.org/az/news/782248/venesuela-elektrik-təchizatının-kəsilməsini-kiberhücum-adlandırıb

Islam Times
  https://www.islamtimes.org